Categories
Security and Intelligence

Türkiyədə yaşayan yeddi nəfər Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış və dini nifrətin qızışdırılması ittihamları ilə beynəlxalq axtarışa verilib. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi onların barəsində qiyabi həbs qərarı çıxarıb. Axtarışa verilən şəxslərdən üçü qərarı Azərbaycanda hicabla bağlı məhdudiyyətlərə etirazları ilə əlaqələndirib. Bu barədə oktyabrın 19-da Baş Prokurorluq məlumat yayıb. Beynəlxalq axtarışa verilənlər “Haksöz” jurnalının müəllifi Rıdvan Kaya, “Değişim TV”nin aparıcısı Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınır), “Analiz Merkezi”nin təsisçisi Fatih Tezcan, hüquqşünas Ahmet Şanlı, araşdırmaçı Fahrettin Taşkaya Saral, Abdurrahman Tumer və Alpar


Türkiyədə yaşayan yeddi nəfər Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış və dini nifrətin qızışdırılması ittihamları ilə beynəlxalq axtarışa verilib. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi onların barəsində qiyabi həbs qərarı çıxarıb. Axtarışa verilən şəxslərdən üçü qərarı Azərbaycanda hicabla bağlı məhdudiyyətlərə etirazları ilə əlaqələndirib.

Advertisements
JOSSICA – The Journal of the Open Source Strategic Intelligence and Counterintelligence Analysis – JOSSICA – jossica.com | The News And Times – TheNewsAndTimes.blogspot.com and TheNewsAndTimes.com

Bu barədə oktyabrın 19-da Baş Prokurorluq məlumat yayıb.

Beynəlxalq axtarışa verilənlər “Haksöz” jurnalının müəllifi Rıdvan Kaya, “Değişim TV”nin aparıcısı Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınır), “Analiz Merkezi”nin təsisçisi Fatih Tezcan, hüquqşünas Ahmet Şanlı, araşdırmaçı Fahrettin Taşkaya Saral, Abdurrahman Tumer və Alparslan Tanrıkuludur.

Baş Prokurorluğun iddiasına görə, həmin şəxslər sentyabrın 25-dən oktyabrın 18-dək müxtəlif sosial şəbəkələrdə Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun dəyişdirilməsinə və dini nifrətin qızışdırılmasına yönəlmiş çağırışlar yayıblar.

Daha ətraflı oxumaq üçün:  shorturl.at/qQneC