5 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Polad Aslanov məktəblərdə hicablı şagird və müəllimlərə tətbiq olunduğu bildirilən məhdudiyyətlərə etiraz olaraq oktyabrın 8-dən aclıq aksiyasına başladığını bəyan edib.
Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova “Facebook” hesabında məlumat yayıb. O, həyat yoldaşının bəyanatını ictimailəşdirib.
Polad Aslanov bildirib ki, bir müddət əvvəl məktəblərdə hicab qadağası ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə açıq müraciət ünvanlasa da, cavab almayıb.
“Sükut və laqeydlik qarşısında susmaq mümkün deyil.
Mən – şərlənərək həbs olunmuş jurnalist, siyasi məhbus Polad Aslanov bu gündən etibarən öz övladımın və onun kimi təhsil almaq hüququ məhdudlaşdırılan bütün hicablı şagirdlərin, eyni zamanda təhsillə hicab geyinmək arasında seçim etmək məcburiyyətində qoyulan bütün hicablı müəllimələrimizin, ana və bacılarımızın hüquqlarının müdafiəsi üçün həbsxana divarları arasında, dəmir barmaqlıqlar arxasında etiraz əlaməti olaraq aclıq aksiyasına başladığımı bəyan edirəm”, – jurnalistin müraciətində deyilir.
Xəbərin davamı: shorturl.at/hmO2O