İyulun 22-də Azərbaycan milli mətbuatının 151 yaşı tamam olur.
Milli mətbuatın tarixi 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə başlayır. Mətbuatın ildönümünün qeyd olunduğu bu günü ölkənin müstəqil media nümayəndələrinin bir qismi həbsxanada keçirir.
Hazırda “Abzas Media” əməkdaşları da daxil olmaqla, Azərbaycanda 20-dən çox jurnalist həbsdə saxlanılır. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onların siyasi motivlərlə azadlıqdan məhrum edildiyini bildirirlər.
Həbsdə olan media nümayəndələrinə qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq və digər cinayətlərlə bağlı ittihamlar irəli sürülüb. Jurnalistlər bu ittihamları rədd edir, cinayət işlərinin onların peşə fəaliyyəti və hökuməti tənqid edən mövqeləri ilə bağlı olduğunu deyirlər.
Milli Mətbuat Günü münasibətilə “Abzas Media” hazırda həbsdə olan və həbsindən əvvəl redaksiyamıza müsahibə vermiş şəxslərin fikirlərini təqdim edir.
“Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, “Toplum TV”nin həmtəsisçisi və media hüququ üzrə ekspert Ələsgər Məmmədli, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, həmçinin “Arqument. az” saytının baş redaktoru və “Meydan TV işi” üzrə həbs olunan jurnalist Şəmşad Ağa mətbuatın bu günü haqqında danışır.
Video