Day: July 22, 2026
“Abzas Media işi” üzrə 9 il azadlıqdan məhrum edilən jurnalist mətbuat azadlığı ilə ölkənin iqtisadi inkişafı və rifahı arasındakı əlaqəyə diqqət çəkib.
“2026-cı il Dünya Mətbuat Azadlığı Reytinqinə görə Azərbaycan 180 ölkə arasında 171-ci yerdədir. Mətbuat azadlığı reytinqində son 10-luqda olan bir ölkənin nə insan inkişafı, nə də iqtisadi rifah baxımından ilk 10-luqda olması mümkündür. Çünki mətbuat azadlığı təkcə ifadə azadlığı deyil, həm də hesabatlılığın, şəffaflığın, yəni, sağlam iqtisadi mühitin təməlidir. Təməl zəiflədilir, dağıdılırsa, inkişaf və rifaha çatmaq da çətinləşir”.
Fərid Mehralızadə 2024-cü ilin mayında “Abzas Media işi” çərçivəsində saxlanılıb. Bundan əvvəl iş üzrə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova həbs edilmişdilər.
Mehralızadənin saxlanılmasından sonra “Abzas Media” bəyanat yayaraq onun media qurumu ilə əməkdaşlıq etmədiyini və heç bir əlaqəsinin olmadığını açıqlayıb.
O, iş üzrə digər təqsirləndirilən jurnalistlərlə birlikdə qaçaqmalçılıq və müxtəlif maliyyə cinayətlərində ittiham olunub. Mehralızadə isə məhkəmədə ittihamları qəbul etməyərək həbsini peşə fəaliyyəti ilə əlaqələndirib. O, “Azadlıq Radiosu”nda dərc olunan yazılarına görə cəzalandırıldığını bildirib.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəni 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, Məhəmməd Kekalovu isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
Beynəlxalq media və insan haqları təşkilatları “Abzas Media işi” üzrə həbsləri Azərbaycanda müstəqil medianın susdurulmasına yönəlmiş təzyiq kampaniyasının bir hissəsi kimi qiymətləndirirlər.
#sansad #bjp #dharmendrapradhan #dharmendrapradhanresign #parliament #cjp #cjpprotest #protestnews #cockroachjantaparty
Times Now – Times Now News channel examines news with in-depth analysis. We provide much more than the Get Breaking news, the Latest news, Politics news, of the day. Times Network houses upscale television channels.
Times Network takes the lead with its ground-breaking innovation and disruption of a new content category. The Times Network channels, which have a global footprint in 100 countries, inform, entertain, and engage viewers of all ages with fascinating and intriguing content, news, and information.
Subscribe to our channel –https://www.youtube.com/@TimesNow/
Check out our website: https://www.timesnownews.com
Download our App for Breaking News:https://tinyurl.com/yc5hp7ma
Facebook: https://www.facebook.com/Timesnow
Twitter: https://twitter.com/timesnow
Instagram: https://instagram.com/timesnow
You can Search us on YouTube by- @timesnow
#новости #mediaaz #Азербайджан #колдовство #предание #религия #религиовед



