Categories
Security and Intelligence

ABŞ iyulun 8-də İrana yenidən zərbələr endirib. Tehran isə buna cavab olaraq Bəhreyn və Küveytdə yerləşən Amerika hərbi bazalarını hədəfə alıb. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı – CENTCOM bildirib ki, hücumlar zamanı İranın 90-a yaxın hərbi obyekti vurulub. Hədəflər arasında hava hücumundan müdafiə sistemləri, raket və pilotsuz uçuş aparatları anbarları, hərbi-dəniz obyektləri və logistika infrastrukturu olub. CENTCOM zərbələri İranın Hörmüz boğazında ticarət gəmilərinə və mülki dənizçilərə hücum imkanlarını zəiflətmək məqsədilə izah edib. “CNN”in məlumatına görə, İran Səhiyyə Nazirliyi son iki sutkada ABŞ zərbələri nəticəsində 14 nəfərin öldüyünü, 78 nəfərin yaralandığını açıqla


ABŞ iyulun 8-də İrana yenidən zərbələr endirib. Tehran isə buna cavab olaraq Bəhreyn və Küveytdə yerləşən Amerika hərbi bazalarını hədəfə alıb.

Advertisements
Brooklyn NY – bklyn-ny.com | The News And Times Review

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı – CENTCOM bildirib ki, hücumlar zamanı İranın 90-a yaxın hərbi obyekti vurulub. Hədəflər arasında hava hücumundan müdafiə sistemləri, raket və pilotsuz uçuş aparatları anbarları, hərbi-dəniz obyektləri və logistika infrastrukturu olub.

CENTCOM zərbələri İranın Hörmüz boğazında ticarət gəmilərinə və mülki dənizçilərə hücum imkanlarını zəiflətmək məqsədilə izah edib.

“CNN”in məlumatına görə, İran Səhiyyə Nazirliyi son iki sutkada ABŞ zərbələri nəticəsində 14 nəfərin öldüyünü, 78 nəfərin yaralandığını açıqlayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH isə Küveytdəki Arifcan və Əli əs-Salem, Bəhreyndəki Cuffeyr və Şeyx İsa bazalarına zərbələr endirdiyini bildirib. Korpus xəbərdarlıq edib ki, ABŞ hücumları davam etdirərsə, Fars körfəzindəki digər Amerika bazaları da hədəfə alınacaq.

ABŞ iyulun 7-də də İranda 80 hədəfi vurmuşdu. Vaşinqton bunu İranın Hörmüz boğazında ticarət gəmilərinə hücumlarına cavab kimi təqdim edib. İran isə həmin gün Küveyt və Bəhreyndə “85 əsas Amerika hərbi obyektini” vurduğunu açıqlayıb.

Bundan sonra ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında atəşkəsin artıq qüvvədə olmadığını deyib: “Düşünürəm ki, o, başa çatıb. Artıq onlarla məşğul olmaq istəmirəm”.

“Bloomberg” yazır ki, iyulun 9-da Hörmüz boğazından gəmi keçidi faktiki dayanıb. Məlumata görə, boğazda iri gəmilərdən yalnız İran bayraqlı konteyner gəmisi və ABŞ sanksiyalarına məruz qalmış bir supertanker qeydə alınıb.


Advertisements

World News – 2024 – Video Playlist | Video Playlists | Sites: | newsandtimes.org | links-newsandtimes.com | worldwebtimes.com | southcaucasusnews.com | russianworld.net | jossica.com | octobersurprise2016.org | bklyntimes.com | oceanavenuenews.com | fbireform.com | bloggersunite.net | octobersurprise-2024.org | Trump-News.org | Audio-Posts.com | Bklyn-NY.comPosts Review – newsandtimes.org